Hulusi Kılıç: \"Türk dünyası birliyi yalnız hərbi əməkdaşlıq üçün yaranmayıb\"

Hulusi Kılıç: \"Türk dünyası birliyi yalnız hərbi əməkdaşlıq üçün yaranmayıb\"

Türk dünyası günü-gündən güclənir, türk birliyi möhkəmlənir. SİA-nın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, türk dünyası birliyi hər hansısa hərbi əməkdaşlıq üçün, kiməsə qarşı istifadə olunmaq üçün deyil. Onun sözlərinə görə, bunlar əmin-amanlıq yaratmaq üçün yaranıb. Səfir türkdilli ölkələrin ortaq konfranslarının, qadın jurnalistlər birliklərinin yaranmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, ortaq dildə və çərçivədə çalışmaq lazımdır.

Onun fikrincə, 30-dan artıq türk toplumu bir dildə danışsa, onun sözü daha keçərli olar. Buna görə də səfir ortaq ədəbi dilin yaranmasını və formalaşmasını vacib hesab edib.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə