Azərbaycanın adı Beynəlxalq Epizootik Büronun \"qara siyahı\"sından çıxarıldı

Azərbaycanın adı Beynəlxalq Epizootik Büronun \"qara siyahı\"sından çıxarıldı

Beynəlxalq Epizootik Büro Azərbaycanın adını \"Afrika taunu\" təhlükəsi ilə bağlı siyahıdan çıxarıb. Qeyd edək ki, ölkəmizin adı həmin siyahıya 2008-ci ildə Qəbələ rayonunu Nic kəndindəki donuzlar arasında "Afrika taunu" xəstəliyi baş qaldırdıqdan sonra salınmışdı.

Respublika Baş Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin SİA-ya verdiyi xəbərə əsasən, hazırda ölkənin epizootik durumu stabildir və Beynəlxalq Epizootik Büro bunu təsdiqləyir: "Büronun siyahısına düşən ölkədə əgər üç il müddətində epizootik problemin qarşısı alınarsa, həmin ölkənin adı siyahıdan xaric edilir. Nic kəndində 2008-ci ildən sonra "Afrika taunu" qeydə alınmayıb. Bu səbəbdən də Azərbaycanın adı siyahıdan çıxarılıb".


Y. Xanvəli xatırlatdı ki, həmin dövrdə Qəbələnin Nic kəndində böyük narahatlığa səbəb olan \"Afrika taunu\" qeydə alındıqdan sonra kəndə olan bütün donuzlar məhv edilmişdi: "Yaranmış vəziyyətdən sonra kənddə karantin elan olundu. Bir müddətdən sonra təhlükə sovuşdu. Ancaq Nic kəndində yaranmış vəziyyətdən sonra donuz saxlanılmasına qadağa qoyulmuşdu. Artıq vəziyyət tam olaraq qaydasındadır və Nic kəndində donuz saxlanması ilə bağlı heç bir problem yoxdur.





Bütün xəbərlər Facebook səhifəmizdə