Millət vəkili: “Dövlət rəmzlərinin təbliğatı üçün gənclər arasında təşviqat işlərini genişləndirmək lazımdır”

Millət vəkili: “Dövlət rəmzlərinin təbliğatı üçün gənclər arasında təşviqat işlərini genişləndirmək lazımdır”

Gənclərə yeni əldə etdiyimiz müstəqillik kimi, bayrağa olan sevgini də artırmalıyıq. SİA-nın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, bayraq hər bir millətin qürur yeridir. Onun sözlərinə görə, dövlət rəmzlərinin təbliğatı üçün gənclər arasında təbliğat-təşviqat işləri genişləndirmək lazımdır.

"Bu bayrağı əldə etmək üçün çox mücadilələrdən keçmişik. Bu da bayrağın bizim üçün nə qədər önəmli olduğunu sübut edir. Bizlər 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik və onun bayrağını qəbul etmişik. Hər bir gənc lə etməli, hər bir işini yüksək səviyyədə qurmalıdır ki, yaxın gələcəkdə üçrəngli bayrağı işğal altında olan Qarabağda dalğalansın".

Bütün xəbərlər Facebook səhifəmizdə