Bahar Muradova: \"İran Azərbaycanla bağlı fikir səsələndirərkən müstəqil dövlət olduğumuzu unutmasın\"

Bahar Muradova: \"İran Azərbaycanla bağlı fikir səsələndirərkən müstəqil dövlət olduğumuzu unutmasın\"

"Azərbaycanda bütün dinlər yanaşı, bərabər fəaliyyət göstərirlər. Ölkədə bütün dini konfessiyalar fəaliyyətini qanun çərçivəsində qurur". SİA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova son vaxtlar İranın bəzi din xadimlərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.

"Azərbaycanda heç vaxt biristiqamətli, biryönümlü fəaliyyət olmayıb. Buna görə də düşünürəm ki, iranlı dostlarımız İranda Azərbaycan haqqında fikirlər səsləndirərkən ən azı Azərbaycanın müstəqil dövlət olduğunu, eləcə də ikitərəfli münasibətlərdə İranla bağlı mövqeyimizi, bu ölkə ilə dost münasibət saxladığımızı unutmasınlar", - deyə B.Muradova bildirib.

İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə