Prezident İlham Əliyev Koreyanın SK şirkətlər qrupunun sədrini qəbul edib

Prezident İlham Əliyev Koreyanın SK şirkətlər qrupunun sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 31-də Koreyanın SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Çey Tae-von rəhbərlik etdiyi şirkətlər qrupunun Azərbaycanda gördüyü işlər barədə məlumat verib.


Qonaq şirkətlər qrupunun Azərbaycanın sürətli iqtisadi inkişafını nəzərə alaraq nəqliyyat sektorunda, o cümlədən avtomobil və dəmir yollarının salınmasında, metro tikintisində, eləcə də informasiya texnologiyaları və qeyri-neft sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu deyib.


Öz növbəsində, dövlət başçısı Koreyanın SK şirkətlər qrupunun Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin inşası ilə bağlı fəaliyyətinin önəmini qeyd edib.


Prezident İlham Əliyev SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.


Görüşdə SK şirkətlər qrupunun Azərbaycandakı fəaliyyətinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня