Azərbaycanda bələdiyyə seçkilərində iştirak üçün 1520 nəfərin namizədliyi qeydə alınıb
Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 1520 nəfərin namizədliyi qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 1622 nəfər imza vərəqi götürüb. Onlardan 1566-sı imza vərəqələrini qaytarıb.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi sentyabrın 30-dan başlanyıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və onların blokları irəli sürə bilərlər. Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB