Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsevi qəbul edib.
SİA-nın verdiyi məlumata görə, dövlət katibi Leonid Maltsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətlə Belarus Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubuna ürəkdən qoşulduğunu deyib.
Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin həyatında mühüm tarixi hadisə kimi qiymətləndirib.
Görüşdə Azərbaycan ilə Belarus arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarusun dövlət başçısına çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB