“Biz Heydər Əliyevin elmi irsini öyrənirik” siyasi məktəbinin təşkili müzakirə edilib

“Biz Heydər Əliyevin elmi irsini öyrənirik” siyasi məktəbinin təşkili müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında "Biz Heydər Əliyevin elmi irsini öyrənirik" siyasi məktəbinin təşkili və fəaliyyət prinsipləri haqqında məktəblilərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, məktəbin təşkilində əsas məqsəd bütün ömrünü Azərbaycan xalqının inkişafına həsr etmiş şəxsiyyətin elmi irsini yaşatmaq, təbliğ etmək, böyüyən nəsillərin Heydər Əliyev nümunəsində siyasi və mənəvi tərbiyəsini formalaşdırmağa kömək etməkdir. Qeyd olunub ki, dərs ilinin sonunda məktəbin məzunlarına xüsusi formada hazırlanmış vəsiqə verilir. Bununla da həmin vəsiqə əsasında məzun Heydər Əliyevin müstəqil təbliğatçısı şərəfini əldə etmiş olur. Həmçinin dərs ilinin sonunda müdavimlərlə müsahibə keçirilir, onların bilik-bacarıqları beş bal sistemi ilə qiymətləndirilir. Məhz bunun nəticəsində də yüksək qiymət alanlar YAP rayon İdarə Heyətinin mənəvi mükafatını alırlar. Məşğələlərin isə hər ilin oktyabr ayında başlandığı və növbəti ilin oktyabrında başa çatdığı söylənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə