Ərdoğan Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik edib
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə "Ece" neft emalı zavodunun təməlqoyma mərasimindəki çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik edib.
Türkiyə hökumətinin başçısı deyib: "Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu münasibətlə təbriklərimi ifadə edirəm, xeyirli olsun deyirəm. Az müddət əvvəl biz BMT Təslükəsizlik Şurasına üzv idik. İndi, qardaş Azərbaycan bu prosesi iki il müddətində davam etdirəcəkdir. Bizim birlikdə çox uğurlu fəaliyyətlərimiz oldu və bu nəticə əldə edildi. Bir daha təbrik edirəm və nailiyyətlərin artaraq davam etməsini diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB