Azərbaycan Gənclərinin VI Forumu öz işinə başalayıb

Azərbaycan Gənclərinin VI Forumu öz işinə başalayıb

Azərbaycan Gənclərinin VI Forumu artıq öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, mərkəzi strukturun rəhbərləri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmi şəxslər iştirak edir. Tədbiri giriş sözü açan forumun təşkilat komitəsinin sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin təşkilatı barədə ətraflı məlumat verib. O, bildirib ki forum öz işinə cari ilin aprel aylından başlayıb. Bu müddət ərzində Bakıda müxtəlif tədbirlər, zona toplantıları keçirilib və buradan forumun yekun iclasında iştirak etmək üçün 1601 namizəd seçilib. Hazıda forumda 1564 gənc iştirak edir. 37 nəfər müəyyən səbəblərdən foruma qatılmayıb. İntiqam Babayev həmçinin bir sıra təşkilati məsələlər barədə məlumat verib. Dövlət himinin səslənməsi ilə başlanan tədbirin davamında prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov ötən gün Prezident İlham Əliyevin VI Forum iştirakçılarına və Azərbaycan gənclərinə ünvanladığı müraciəti oxuyub. Hazırda tədbirdə Azərbaycan gənclərinin inkişaf yolunu özündə əks etdirən filim nümayiş etdirilir.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə