ATƏT-in Minsk qrupu həmsədrləri növbəti bəyanatla çıxış ediblər. SİA-nın xəbərinə görə bəyanata deyilir: "ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 21-24-də Yerevanda, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində və Bakıda olaraq prezidentlər Serj Sarkisyan və İlham Əliyevlə görüşüblər. Həmsədrlər regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər barədə bir sıra təklif təqdim ediblər. Səfər zamanı həmsədrlər münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində gələcək irəliləyişin mümkün olması üçün danışıqların atmosferini yaxşılaşdırması, etibarın möhkəmləndirilməsi və atəşkəs rejiminin həyata keçirilməsinin zərurətini vurğulayıblar.
Həmsədrlər həmçinin II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüblər. ATƏT-in Minsk Qrupunun həmsədrləri yuxarıda sadalanan tədbirləri inkişaf etdirmək və tərəflər arasında növbəti görüşün keçirilməsində növbəti addımların müəyyən olunmasına dair tərəflərlə işlərini davam etdirmək üçün noyabrın sonunda regiona dönəcəklər\".
Bəyanatda deyilir ki, tərəflər təmas xətti boyunca insidentlərin araşdırılmasına dair apreldə həmsədrlər tərəfindən təklif olunan və Prezident İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin martda Soçidəki bəyanatında razılıqlarını bildirdiyi mexanizm layihəsi barədə prinsip etibarilə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB