NATO Liviyada işini bitirdi və bu ayın sonunda ölkədən çıxır

NATO Liviyada işini bitirdi və bu ayın sonunda ölkədən çıxır

NATO-nun Baş katibi Anders Foq Rasmusen oktyabrın 31-dən Liviyada hərbi əməliyyatların başa çatacağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, NATO Şurası belə ilkin qərarı alyansın 28 üzv dövlətinin səfirləri səviyyəsində 5 saatdan çox davam edən iclasının nəticəsində qəbul edib.

A.Rasmusenin sözlərinə görə, qərar yekdilliklə qəbul olunub. O, eyni zamanda bildirib ki, əsir götürülmüş Qəddafiyə qarşı davranışa dair istintaqın aparılması Liviya hakimiyyətinin daxili işidir.

Bütün xəbərlər Facebook səhifəmizdə