Prezident İlham Əliyev: \"Gələn ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmalıdır\"
Gələn ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmalıdır və 2013-cü ildən başlayaraq bu dəmir yolu istismara verilməlidir. Bu, çox böyük iqtisadi və siyasi layihədir. SİA-nın xəbərinə görə, bu sözləri Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, bu dəmir yolu layihəsinə Avropada və Asiyada çox böyük maraq var. Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə və Avropa ilə, Avropanı Azərbaycan, Qazaxıstan, digər Orta Asiya ölkələri, Çin ilə birləşdirən bir yoldur. Mən əminəm ki, bu, həm vaxt, həm də iqtisadi göstəricilər baxımından ən əlverişli nəqliyyat yolu olacaq.
Prezident deyib: \"Əminəm ki, bu yol istismara veriləndən sonra on milyon tonlarla ölçülən yüklər bizim ərazimizdən keçəcək və ölkələrimiz, eyni zamanda, təkcə Azərbaycan deyil, bütün ölkələrimiz tranzit ölkələr kimi bu nəqliyyat dəhlizinin fəaliyyətinə öz töhfəsini verəcək. Bu layihələr birliyimizi daha da gücləndirir. Türk dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar var\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB