Dövlət başçısı İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dövlət başçısı İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığını bildirib. SİA-nın xəbərinə görə, məktubda bildirilir:
Hörmətli cənab Baş nazir, Əziz qardaşım,
Ölkənizdə terror aktlarının törədilməsindən və bunların çoxsaylı insan tələfatı ilə nəticələnməsindən son dərəcə kədərləndim. Biz bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik. Faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB