Füzuli Ələkbərov: “Bakı və Cəlilabadda artıq elekton xidmətlər tətbiq edilib” - AÇIQLAMA
Bu günə qədər ölkəmizin 39 rayon və şəhərində Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə isə yeni inzibati binalar inşa etdirilərək yerli qurumların istifadəsinə verilib. SİA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binasının açılış mərasimində iştirakı zamanı bildirib. Nazirin sözlərinə görə, bu mərkəzin açılışında başlıca məqsəd ondan ibarətdir ki, sosial müdafiə sahəsində maddi-texniki bazanı inkişaf etdirərək insanlara yüksək səviyyədə sosial xidmətlərin göstərilməsinə nail olmaqdır: "Bu ay ərzində 2 minə yaxın komputer avadanlığı alınaraq bizim strukturlarımızın ixtiyarına verilib. Bununla da əhalimiz tək sosial yardımla əlaqəli yox, elektron xidmətlərdən də istifadə edə biləcək".
Füzuli Ələkbərov artıq 2 rayonda Balakən və Cəlilabadda elektron xidmətlərin tətbiq olunduğunu da sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB