Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclası keçirilib

Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclası keçirilib
Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş plenar iclası öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, iclas Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Milli Məclisin sədri Oqtay Əsədov bildirbi ki, sovetlər birliyinin dağılması ilə 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək tarixi varislik üzərində müstəqil dövlət yaradıb.\"Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəmiz çox mürəkkəb problemlərlə qarşılaşıb, çox çətin vəziyyətə düşmüşdü. Erməni təcavüzü, xarici ölkələrin Azərbaycana qarşı təxribatı ilə üzləşmişdik. O vaxt hakimiyyət başında duranların səriştəsizliyi, ölkədə baş verən siyasi və iqtisadi tənəzzül, xaos, özbaşınalıq bu çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Bu da taleyin qisməti idi ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasi dahi Azərbaycana gərəkdir". O bildirib ki, bu gün İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilir. Daha sonra "Azərbaycan 20 il-Müstəqilliyin bərpası adlı" filim nümayiş etdirilib.
Daha sonra Milli Məclisin sədr müavini Ziyafət Əsgərov çıxış edib. O, Azərbaycanın XX əsrin əvvəllərində əldə etdiyi müstəqillikdən bəhs edib.

Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə