Azərbaycanda sürət qatarlarının hərəkətinin saatda 180 kilometrə çatdırılması ilə bağlı Cənubi Koreya şirkətinin təklifi qəbul edilməyib. Səbəb sözügedən layihənin baha başa gəlməsidir. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, Cənubi Koreyanın təklif etdiyi layihə Bakı və Gürcüstan sərhədinədək hərəkət edən sürət qatarları üçün təklif olunmuşdu: "Həmin layihəyə əsasən qatarlar saatda 180 kilometr sürətlə hərəkət etməli idi. Bunun üçün 3 milyard dollar vəsait tələb olunduğu üçün Azərbaycan tərəfi layihədən imtina edib. Ancaq bu o demək deyil ki, qatarların sürətinin artırılması istiqamətdə daha heç bir iş görülməyəcək. Dəmir yollarının inkişafı Dövlət proqramı çərçivəsində qatarların sürət həddi saatda 140 kilometrə çatdırılacaq ki, nəticədə Bakıdan Gəncəyə 3 saat müddətində çatmaq mümkün olacaq. Qeyd edim ki, bu layihənin reallaşması üçün 450 milyon dollar sərf olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB