Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonda müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonda müzakirə olunacaq

Bu gün Vaşinqtonda "Çıxılmaz vəziyyətdən çıxış yolları: Dağlıq Qarabağ sülh prosesində çıxılmaz vəziyyətin qiymətləndirilməsi" mövzusunda simpozium öz işinə başlayacaq.


Oktyabrın 17-dək davam edəcək simpoziumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Xarici İşlər Nazirliyi və Diplomatik Akademiyanın əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.


Corc Meyson Universitetinin Münaqişələrin Təhlili və Həlli İnstitutunda təşkil olunacaq simpoziumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması imkanları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə