İran XİN: “İran Qarabağ münaqişəsinin həllində yardım göstərməyə hazırdır”
Azərbaycan və Ermənistan razlıq verəcəkləri tədqirdə İran Dağlıq Qarabağ münaqişəsinin həllində yardım göstərməyə hazırdır. SİA-nın xəbərinə görə, bunu Tatarıstanın paytaxtı Kazanda keçirilən mətbuat konfransında çıxış edən İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib: "Regiondankənar müəyyən qüvvələr bu münaqişədən istifadə edərək bölgənin daxili işlərinə qarışmaq istəyirlər. İran münaqişənin sülh danışıqlarının tərəfdarı kimi, rəsmi Bakı ilə İrəvan arasında ərazi münaqişəsinin həllində yardım göstərməyə hazırdır".
R.Mehmanpərəst deyib ki, Qərb dövlətləri KİV-dən müsəlman ölkələrində məlumatı təhrif üçün alət kimi istifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB