Ədliyyə Nazirliyində konfrans keçirilib

Ədliyyə Nazirliyində konfrans keçirilib

Ədliyyə Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə oktyabrın 14-də "Azərbaycan ədliyyəsi müstəqillik illərində" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda əsas məruzə ilə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov xalqımızın milli sərvəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasının ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, yenilməz iradəsi və qətiyyəti ilə reallaşdığını, 18 oktyabr müstəqillik gününün 15 iyun - xalqımızın Milli Qurtuluş Günü ilə qorunduğunu vurğulayaraq, milli dövlətçiliyimizin inkişafında, demokratik hüquqi dövlətin quruculuğunda ulu öndərin əvəzsiz rolunu və misilsiz xidmətlərini qeyd edib.

Tədbirdə daha sonra digər məruzələr dinlənilib, müstəqilliyin ilk illərində ölkədə cərəyan edən hadisələrə nəzər salınaraq, dahi rəhbərin böyük qətiyyəti və güclü siyasi iradəsi nəticəsində ictimai-siyasi sabitliyə nail olunmasından, qanunçuluğun, cinayətkarlıqla mübarizənin möhkəmləndirilməsindən bəhs edilib.


Tədbirin sonunda bayram münasibətilə xüsusi hazırlanmış "Azərbaycan ədliyyəsi müstəqillik illərində" adlı sənədli film nümayiş etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə