Joao Suareşin Azərbaycana səfəri gözlənilir

Joao Suareşin Azərbaycana səfəri gözlənilir

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareşin Azərbaycana səfəri gözlənilir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib. B.Muradova deyib ki, səfər çərçivəsində J.Suareş bir sıra görüşlər keçirəcək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaqdır. Milli Məclisdə keçiriləcək görüşlərdə Azərbaycan tərəfi ATƏT PA-da Dağlıq Qarabağla bağlı növbəti müzakirələrin keçirilməsi məsələsini qaldıracaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə