“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ili: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” - FOTOSESSİYA

“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ili: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” - FOTOSESSİYA

Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ili: qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir çərçivəsində qonaqlar komitə tərəfindən hazırlanan foto sendlərə, məcburi köçkünlərin mərhəlləri həyat şəraitini əks etdirən maketə baxış keçirib, komitənin Heydər Əliyev güşəsindəki büstünün önünə əklil qoyublar.

Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin şöbə müdirləri, Millət vəkilləri əraziləri işğal olunan rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər. QMKİDK-nin sədri, baş nazirin müavini Əli Həsənov bildirib ki, son 20 ildə məcburi köçkünlərin həyat şəraitini və problemlərini həll etmək üçün ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev tərəfindən önəmli addımlar atılıb. 20 illik müstəqillik dövrünün 2 mərhələyə ayıran Ə.Həsənov vurğulayıb ki, ilk olaraq Heydər Əliyevin hakimiyyətə gəlişi dövlət müstəqilliyinin ikinci dəfə itirilməsindən xilas etdi. 10 ildə ölkədə iqtisadi, siyasi sabitlik yaratmaqla bərabər Dağlıq Qarabağ münaqişəsinin dünya miqyasında tanıdılması ilə bağlı geniş miqyaslı işlər aparılıb. Bununla bərabər, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə başlanıb. Son 20 ilin ikinci 10 illiyində isə neftdən gələn bonuslar ilk olaraq qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına sərf edilib. 2001-ci ildə Ermənistandan qovulan qaçqınların yerləşdirilməsi üçün qəsəbənin tikilməsi ilə bağlı sərəncam verilib. Bundan sonra isə məcburi köçkünlər üçün qəsəbələrin salınması ilə bağlı ardıcıllıqla sərəncamlar imzalanıb. Biləsuvar ərazisində Ağdamdan olan 500, Füzulidən olan 800 qaçqın və məcburi köçkün ailəsi üçün şəhərciklər tikilib. Bununla da qaçqın və məcburi köçkünlərin həyat şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb".

Ə.Həsənov qeyd edib ki, İlham Əliyevin hazırda aparıdığı siyasət nəticəsində qaçqın və məcburi köçkünlər yeni qəsəbələrə köçürülüb, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər davam etdirilib. Onun sözlərinə görə, Azərbaycanı dünyaya tanıdan İlham Əliyev qısa müddətdə Qarabağ probleminin həllinə də nail ola biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə