Ağcabədidə qaçqın və məcburi köçkünlər üçün 280 meqavat gücündə yarımstansiya tikilib

Ağcabədidə qaçqın və məcburi köçkünlər üçün 280 meqavat gücündə yarımstansiya tikilib

Son 20 ildə bütün sahələrdə olduğu kimi qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində ciddi dəyişikliklər edilib və mühüm addımlar atılıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov məlumat verib. O bildirib ki, son 20 il ərzində qaçqınlar üçün 67 qəsəbə salınıb və 110 min qaçın həmin qəsəbələrə köçürülüb. Bundan əlavə 130-a qədər məktəblər və bağçalar tikilərək uşaqların ixtiyarına verilib. Həmçinin nazir müavini qeyd edib ki, Ağcabədidə qaçqın və məcburi köçkünlər üçün 280 meqavat gücündə yarımstansiya tikilib ki, bu da son 20 il ərzində Azərbaycanın enerji sektorunda hələ ki, belə stansiya görülməyib və belə bir stansiya yalnız qaçqın və məcburi köçkünlər üçün salınıb: \"Ağcabədi rayonunda salınan hər bir stansiya 6 rayonun enerji gücünü təmin edir. Bu da Ağdam, Füzuli, Bərdə, Yevlax, Beyləqan və İmişli rayonlarının enerji təminatının güclənməsinə səbəb ola bilər\".



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə