YAP Suraxanı rayon təşkilatı müstəqilliyin 20 illiyinə həsr olunmuş tədbir keçirib
Bu gün Bakının Suraxanı rayonundakı 285 saylı orta məktəbdə Azərbaycanın 20 illik müstəqilliyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev, Millət vəkili Sevinc Fətəliyeva, Suraxanı rayon İcra başçısının humanitar məsələlər üzrə müavini Əhməd Talıbov, rayonun ictimai həyatında fəal iştirak edən sakinlər, müəllim heyəti iştirak ediblər.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq Azərbaycanın müstəqillik qazanmaq uğrunda keçdiyi keçməkeşli yollardan və 1993-cü ildən sonrakı 20 il ərzində keçdiyi yüksəliş dövründən danışıb: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində gördüyü işlər iqtisadiyyatının yüksəlməsinə, vətəndaşlarının rifahının yaxşılaşmasına səbəb oldu. Son 15 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda hər bir azərbaycanlı qürur hissi keçirir". V. Seyidov tədbir iştiraklılarının simasında bütün Azərbaycan xalqını müstəqillik münasibəti ilə təbrik edib, vətənimizin daha da çiçəklənməsi yolunda indən sonrada əzmkar, iradəli olmağı arzulayıb.
Sonra tədbir 285 saylı məktəb şagirdlərinin hazırladığı maraqlı və vətənpərvər ruhlu kompozisiya ilə davam edib.
Tədbirin sonunda Suraxanı rayon beş nəfər sakinin YAP sıralarına qəbul olunduğu bildirilib və onlara YAP üzvlük vəsiqəsi təqdim olunub. Rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxs isə fəxri fərmanlarla təltif olunub.
Mirvari
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB