Hidayət Orucov Argentina İslam Mərkəzinin prezidentini Qarabağ problemi haqda məlumatlandırıb
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Bakıda keçirilən "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Foruma dəvət olunmuş Argentina İslam Mərkəzinin prezidenti Samir Salehi və müavini Julio Madeni qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən dini konsessiyaların nümayəndələri – Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının katibi Mefodi, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov, Avropa yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal və Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete iştirak edib.
Dövlət Komitəsinin sədri qonaqları salamlayaraq, ölkəmizin dini durumu haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan tarixən tolerant ölkə olmuşdur. Buradan heç bir dinin, yaxud xalqın nümayəndəsi başqa yerə zorla köçürülməyib. Təsadüfi deyil ki, yəhudilər 2600, xristianlar isə 2000 ilə yaxındır ölkəmizdə mehriban şəraitdə yaşayırlar. Dövlətimiz bütün dinlərin mənsublarına eyni şərait yaradır və etiqad azadlığını yüksək səviyyədə qoruyur. "Azərbaycanda bütün dinlərin bayramları ümumxalq bayramı kimi qeyd edilir", – deyən Hidayət Orucov qeyd edib ki, artıq regionu yaxından tanıyan araşdırmaçılar və politoloqlar Azərbaycanın tezliklə bütün dünyaya neftlə yanaşı, özünün tolerantlıq ənənələrini də ixrac etməyə başlayacağına əminliklərini vurğulayırlar.
Ölkəmizin müharibə şəraitində yaşadığını xatırladan Dövlət Komitəsinin sədri qeyd etmişdir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında nəinki mülki vətəndaşlara, hətta dini-tarixi abidələrə qarşı da soyqırımı aktı törətmişlər. Onlar işğal etdikləri ərazilərdəki İslam dininə məxsus abidələri dağıtmış, qədim Alban kilsələrini isə qriqoryanlaşdırmışlar. Ancaq yüksək mədəniyyət sahibi olan Azərbaycan xalqı Bakının mərkəzindəki erməni kilsəsisinə toxunmayıb.
BMT Təhlükəsizlik Şurası tərəfindən ermənilərin işğal etdikləri ərazilərindən qeyd-şərtsiz çıxmalı olduqlarına dair dörd qətnamənin qəbul edildiyini deyən Hidayət Orucov 18 ildir bu sənədlərə məhəl qoyulmadığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, tarixi Azərbaycan torpaqlarında yaradılan təcavüzkar Ermənistan faktları saxtalaşdıraraq bütün dünyaya ötən əsrin əvvəllərində türklər tərəfindən guya soyqırımına məruz qaldıqlarını car çəkir: "Təəssüf ki, qondarma erməni "soyqırımı"nı tanıyan azsaylı ölkələrdən biri də Argentinadır. Bunda ölkənizdə fəaliyyət göstərən erməni lobbisinin rolu böyükdür. Onlar Argentina cəmiyyətində təbliğatlarını saxtalaşdırılmış tarixi faktlar üzərində qurmuşlar. Real tarixi faktlar isə göstərir ki, əslində, keçən əsrin əvvəllərində soyqırımı ermənilər tərəfindən türklərə, azərbaycanlılara qarşı törədilmişdir və bu vandallıq sivilizasiyalararası dialoqdan danışan dövlətlərin gözü qarşısında bu gün də davam etdirilməkdədir. Biz istəyirik ki, burada olduğunuz müddətdə Azərbaycan gerçəkliklərini yaxından öyrənərək Argentina cəmiyyətinə ölkəmiz və onun məruz qaldığı işğal haqqında obyektiv məlumat verəsiniz".
Səmimi qəbula görə minətdarlığını bildirən Samir Saleh Argentinada katolik xristianların çoxluq təşkil etdiyini diqqətə çatdırıb. Qeyd etmişdir ki, ölkədəki müsəlmanların əksəriyyəti XIX əsin sonlarında və II Dünya müharibəsindən sonra Suriya və Liviyadan gələn mühacirlərdir. Argentinada bütün dini qurumlara ehtiramla yanaşıldığını söyləyən qonaq Qarabağ probleminə də toxunaraq demişdir ki, həm bu məsələ, həm də bütövlükdə Azərbaycan gerçəklikləri ilə yaxından tanış olmaq və bu həqiqətləri ölkəsində yaymaq istəyir. O, münaqişənin tezliklə həll olunacağına ümid etdiyini də bildirib.
Sonra çıxış edən din xadimləri ölkəmizdə dilindən, dinindən asılı olmayaraq, bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan bütün din mənsublarının mehriban qonşuluq şəraitində yaşadığı, bir-birinə əl tutduğu unikal ölkədir. Bu, həm dövlətimizin apardığı doğru siyasətin, həm də xalqın özünün tarixən formalaşmış tolerantlıq mədəniyyətinin nəticəsidir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB