Millət vəkili Jalə Əliyeva: “1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əsl müstəqilliyimizi əldə etdik”
"Səs" qəzetinin redaksiyasında ölkənin ictimai siyasi fəaliyyətində fəal iştirak edən qadınlarla Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanda dövlət - qadın siyasəti" mövzusunda keçirilən dəyirmi masada millət vəkili Jalə Əliyeva öncə "Səs" qəzetinin redaksiyasını təşəkkürünü bildirib: "Həmişə olduğu kimi ölkəmiz üçün əhəmiyyətli olan günlərdə, tədbirlərdə "Səs" qəzeti dəyirmi masalar təşkil edir və burada səslənən fikirləri ictimaiyyətə çatdırır. Bu cür öncüllük etdiyini üçün təşkilatçılara minnətdaram: "70 il Sovet rejiminin təzyiqi altında yaşayan Azərbaycanlılara 90-cı illərdə yaranan sərbəstlik ab-havası hava su kimi lazım idi. 90-cı illərdə yaranan şəraitdən Azərbaycan bacarıqla yararlandı və öz müstəqilliyini əldə etdi. 91-ci ildə müstəqillik elan edildi. Amma müstəqilliyin bərpası da hələ az idi. 93-cü illərdə ölkədə yaşayan xaotik vəziyyət, Azərbaycanın parçalamaq, dünya xəritəsindən silmək təhlükəsi var idi. Belə bir vəziyyətdə xalqın tələbi və istəyi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və xalqımız əsl müstəqilliyini əldə etdi. Ulu öndər Azərbaycanın ayaqda qalması, irəli getməsi üçün bütün gücü ilə çalışdı. Bu gün Azərbaycanın bu səviyyə çatması və inkişaf yolunda olması da ulu öndərimizin uzaq görən siyasətinin nəticəsidir".
J.Əliyeva Azərbaycanın müstəqil dövlət olaraq qurulması və dünyanın ən aparıcı dövlətlər sırasına yüksəlməsində də ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışdı: "Bu uğurlu siyasəti bu gün ölkə prezidenti İlham Əliyev davam etdirir. Xalqımız ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət sahəsində daha böyük uğurlara imza atacağını inanır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB