Azərbaycanın müdafiə naziri Niderlandın keçmiş müdafiə nazirini qəbul edib

Azərbaycanın müdafiə naziri Niderlandın keçmiş müdafiə nazirini qəbul edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 11-də Bakıda keçirilən Beynəlxalq Hümanitar Forumun iştirakçısı olan Niderland Krallığının keçmiş müdafiə naziri Villem Frederik van Eekeleni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı regionda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlinde iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə