Əli Abbasov: “Gələn il ölkənin hər yerində internet şəbəkəsinə çıxış təmin ediləcək” - AÇIQLAMA

Əli Abbasov: “Gələn il ölkənin hər yerində internet şəbəkəsinə çıxış təmin ediləcək” - AÇIQLAMA

Gələn il Bakıda \"Eurovision 2012\" mahnı müsabiqəsinin keçirildiyi dövrdə ölkənin hər yerində internet şəbəkəsinə çıxış təmin ediləcək. SİA-nın verdiyi məlumata görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açıqlamasında bildirib.

\"Bakıda \"Eurovision 2012\" mahnı müsabiqəsi zamanı Wi-Fi texnologiyaları ilə hər yerdə internet şəbəkəsinə çıxış təmin ediləcək. Çıxış nöqtələri paytaxtdakı ictimai yerlərdə də təşkil olunacaq\", - nazir deyib.

Ə.Abbasovun sözlərinə görə, xidmətlərin etibarlılığı və keyfiyyəti də təmin olunacaq: \"Eləcə də hazırda internet şəbəkəsinə çıxışın sürətinin artırılması üçün lazımi tədbirlər görülür. Belə ki, müsabiqənin keçirildiyi dövrdə yayım təkcə televiziya ilə deyil, həm də internet vasitəsilə aparılacaq\".


Bütün xəbərlər Facebook səhifəmizdə