Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 10-da bir necə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 11.00-dan 11.20-dək, 16.10-dan 16.30-dək və 16.50-dən 17.10-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.50-dən 23.20-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndi, saat 21.30-dan 21.40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB