Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oktyabrın 10-da UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşüb. SİA-nın xəbərinə görə, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətinə toxunan UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura son illər ölkəmizdə çox mühüm humanitar təşəbbüslərin həyata keçirildiyini vurğulanıb. Koişiro Matsuura dünyanın görkəmli alimlərinin və ictimai xadimlərinin Forumda iştirakını tədbirə olan beynəlxalq marağın ifadəsi kimi qiymətləndirib. Dövlətimizin başçısı UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı yenidən ölkəmizdə görməyindən məmnunluğunu bildirib. Bakı Beynəlxalq Humanitar Forumunu əhəmiyyətli hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin artıq beynəlxalq humanitar təşəbbüslərin mərkəzinə çevrildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB