Milli Məclisin deputatları Asəf Hacıyev və Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 11-dən Gürcüstanın paytaxtı Tibilisi şəhərində səfərdə olacaqlar. SİA-nın xəbərinə görə, iclasda "QDİƏT-ə üzv ölkələrin vergi sisteminin təkminləşdirilməsi" mövzusunda məruzə dinləniləcək.Səfər çərçivəsində qurumun 20 illik yubileyi ilə bağlı tədbirlər də nəzərdə tutulub. Səfər oktyabrın 13-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB