Bütün dünyanın maraqla izlədiyi 2011-ci il üzrə Nobel mükafatının verilməsi artıq başa çatdı. Bu gün Nobel mükafatının sonuncu qaliblərinin adları açıqlandı. Ərəb baharı sülhə qovuşdu. 2011-ci il Nobel Sülh Mükafatına Liberiya prezidenti Elen Conson-Serlif, liberiyalı hüquq müdafiəçisi Leyme Qbovi və Yəməndə ictimai xadim Təvəkkül Karman layiq görülüblər. Leyma Qvobi liberiyalı müsəlman və xristianları yerli səhra komandirləri ilə mübarizəyə cəlb etməklə məşğuldur, Təvəkkül Karman isə Yəməndə hökumət əleyhinə aksiyaların təşkilatçısı sayılır. Nobel-dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Yəqin ki, hər bir ölkənin alimləri, professorları, tanınmış ictimai-siyasi xadimləri ömürlərində bir dəfə də olsa bu mükafat layiq görülmək istəyərlər. Bu mükafat 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilib və 1901-ci ildən verilir. Nobel mükafatının məbləği hazırda təxminən $1mln. 450 min-ə bərabərdir. Mükafat Alfred Nobelin vəsiyyətinə görə, kimya, fizika, tibb və fiziologiya, ədəbiyyat, sülh sahəsi üzrə verilir. Bundan başqa vəsiyyətdən kənar 1969-cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü ilə Nobel İqtisadiyyat Mükafatı da verilir. Sülh üzrə Nobel mükafatı hazırda ictimai-siyasi və humanitar fəaliyyət sahəsində ən tanınmış və nüfuzlu beynəlxalq mükafat hesab olunur. Sülh mükafatı həm ayrı-ayrı şəxslərə, həm də rəsmi və ictimai təşkilatlara təqdim edilə bilər.
Qeyd edək ki, mükafatın yaradıcıları olan Nobel qardaşlarının Bakı ilə sıx əlaqələri olub. 1843-cü ildə Nobel qardaşlarının atası Emanuel oğulları Alfred, Lüdviq və Robertlə İsveçdən Rusiyaya gəlir, Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayır. Bakı neftindən xəbəri olmayan Nobel qardaşlarını Bakıya gətirən də məhz silah məsələsi idi. Bakiya ilk qədəm basan Robert olur. O, tüfəng qundağı üçün qoz ağaçı axtara-axtara Lənkərandan düz Bakıya gəlir və orada qaynayıb-qarışan bir şəhər görür. Və Robert Nobel Bakı nefti ilə tanış olur. Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" - Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədəninin sahibi olur, bir sıra zavodlar alırlar. Onlar bütün neft sənayesini dəyişirlər: Bakı mədənlərinə Amerikadan neft avadanlığı və texnologiyalar, nefti müasir üsullarla çıxarmaq üçün Pensilvaniyadan Bakıya buruq ustaları gətirirlər. Artıq 20-ci əsrin əvvəllərinə yaxın Bakıda fəaliyyət göstərən 20 qədər xarici şirkət arasında ən aparıcı yer Nobel qardaşlarına məxsus idi. Nobellərin var-dövləti artıraraq artıq 45 milyona çatır. Beləliklə Bakı nefti ilə şöhrətlənən Nobel qardaşları sonradan belə bir mükafatın yaradırlar.
Lakin maraqlı bir məsələ var. Neçə illərdir təqdim edilən mükafatçılar içərisində Azərbaycan alimlərinin, ədəbiyyatçılarının adları yoxdur. Bəs görəsən, Bakı nefti ilə şöhrətlənən, Azərbaycanla birbaşa əlaqələri olan Nobel qardaşlarının təsis etdiyi mükafatımn sahibləri arasında azərbaycanlılara rast gəlmək olmur. Azərbaycan ədəbiyyatı zəifdir, ya ədəbiyyatmızı bu mükafata tanıdanlar? İndiyədək müharibəni donduruımuş vəziyyətdə saxlayan, torpaqları işğal altında olan, amma qan tökülməsin deyə sülh danışıqlarına gedən Azərbaycanda Sülh mükafatı almağa namizəd yoxdurmu?...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB