Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın qısa müddətə tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Günün ikinci yrısında isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalına gəlincə yaxın 2 gündə Abşeron yarımadasında mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB