Zakir Qaralov: “Qanun pozuntuları ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərilib”
"Korrupsiyaya qarşı mübarizə hələ lazımi səviyyədə həyata keçirilmir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib: "Prezident İlham Əliyevin göstərişi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün əməli işlər görülür. Bu idarənin nəzdində mütəxəssislər qrupu yaradılıb, həmçinin əməliyyat axtarış fəaliyyəti bu idarəyə verilib, ştat tərkibi və əməkdaşlarının əmək haqqı artırılıb. Qısa müddət ərzində ciddi tədbirlər həyata keçiriləndən sonra korrupsiyaya qarşı mübarizə tədbirləri daha ciddi şəkil alacaq".
Baş prokuror qeyd edib ki, bu ilin 9 ayı ərzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya halları ilə bağlı 101 cinayət işi məhkəmələrə göndərilib, 166 müxtəlif vəzifə tutan şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda isə idarədə 88 cinayət işinin istintaqı davam etdirilir.
Məktəb tikintisi və təmir işləri zamanı ciddi yeyinti hallarına yol verildiyini deyən Baş prokuror deyib ki, həm bu işləri görən kommersiya təşkilatları, həm də Təhsil Nazirliyinin vəzifəli şəxsləri çox ciddi qanun pozuntularına yol veriblər: "Bununla bağlı başlanmış üç cinayət işinin istintaqı davam etdirilir. Eyni zamanda tikinti zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması isə bağlı Təhsil Nazirliyinə mənim tərəfimdən müvafiq təqdimat göndərilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB