Yol polisi sürücüləri güclü yağışla bağlı ehtiyatlı olmağa çağırdı

Yol polisi sürücüləri güclü yağışla bağlı ehtiyatlı olmağa çağırdı

Bakıda bu səhər başlayan güclü yağış paytaxtın bəzi küçələrində avtomobillərin hərəkətinə nisbətən mane yaradıb. Bakı şəhər Dövlət Yol Polisi idarəsinini yaydığı xəbərə görə, güclü yağış Bakının bəzi küçələrində iri gölməçələr yaradıb. Yol polisi paytaxtda avtomobillərin hərəkətində məhdudiyyətlərin yaranmadığını bildirib.

Buna baxmayaraq, Dövlət Yol Polisi sürücülərdən qeyri-sabit hava şəraiti zamanı avtomobili ehtiyatlı idarə etməyi tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə