Müstəqilliyimizin 20 illiyi münasibətilə Mərkəzi Bankda tədbir keçirilib
Bu gün dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə Mərkəzi Bankda tədbir keçirilib. Azərbaycan Mərkəzi Bankından SİA-ya verilən məlumata görə, tədbirdə müstəqillik dövründə ölkənin sosial-iqtisadi nailliyyətləri və görülən işlər barədə danışılıb. Müstəqilliyinin ilk dövrlərində ölkənin qarşılaşdığı çətinliklərdən söz açılaraq qeyd edilib ki, XX əsrdə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycanda demokratik dövlət quruculuğu, bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması məqsədi ilə yeni ictimai-siyasi və sosial-iqtisadi sistemə transformasiya obyektiv zərurətə çevrildi. Müstəqilliyin ilk illərində ölkənin ərazi bütövlüyünün qorunması, ictimai təhlükəsizliyin və sosial-iqtisadi rifahın təmin edilməsi ilə yanaşı bazar iqtisadiyyatı sisteminin əsaslarının qurulması kimi mühüm vəzifələr qarşıda dayanırdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bütün çətinliklərə baxmayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində böyük quruculuq işləri həyata keçirildi. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dövlət quruculuğunun yeni mərhələsi başlamış, iqtisadiyyatın müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına nail olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılıb, regionların inkişafı sürətləndirilib. Sonda əminliklə bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasət kursu nəticəsində ölkəmiz daim müstəqil və güclü dövlət kimi inkişaf edəcəkdir və Azərbaycan Mərkəzi Bankının kollektivi də bu inkişaf yolunda öz üzərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün bundan sonra da əzmlə çalışacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB