Ankarada \"Türk respublikaları müstəqilliklərinin 20-ci ilində” toplantısı keçiriləcək
Ankaradakı Türkiyə Nazirlər Kabineti Xalq Diplomatiyası İdarəsi və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 5-dən 6-dək "Türk respublikaları müstəqilliklərinin 20-ci ilində" mövzusunda Beynəlxalq toplantı keçiriləcək. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, toplantıda Türkiyə prezidenti Abdullah Gül və türkdilli dövlətlərin xarici işlər nazirləri çıxış edəcəklər.
Türk dünyasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin dəyərləndirilməsindən sonra Xoca Əhməd Yasəvi Universitetinin Orta Asiya bölgəsinə dair hesabatları dinləniləcək, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət Mərkəzinin Avrasiya bölgəsindəki türk topluluqları ilə bağlı layihəsinin təqdimatı olacaq.
Toplantı iştirakçıları "TRT" televiziya kanalının hazırladığı sənədli filmə baxacaq, Türk Tarix Kurumu və Türk Dil Kurumunun türk dünyası haqqında elmi tədqiqatları ilə tanış olacaqlar. Müzakirələrdə türkdilli ölkələrdən 100-dən çox alim və siyasətçi iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB