Bakı Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Gənclərinin VI Forumu çərçivəsində Bakı şəhər gənclərinin zona toplantısı keçirilib. SİA-nın məlumatına görə, Toplantıya Bakı şəhər rayonlarından 550 nəfərə yaxın gənc dəvət olunub. Həmçinin tədbirdə Dövlət rəsmiləri, Azərbaycan respublikası Milli Məclisi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, İctimai Təşkilatlar, Qeyri-Hökumət Təşkilatları və Tələbə Gənclər Təşkilatları nümayəndələri iştirak edıb.Tədbirin gündəliyində duran əsas məsələlər bunlardır.
1. Azərbaycan Gənclərinin V Forumundan keçən dövr ərzində şəhər və rayonlarında keçirilmiş tədbirlər və respublikamızın sosial-iqtisadi həyatına gənclərin cəlb olunması, onlara bu sahədə olan qayğı və problemlərinin həlli istiqamətində görülmüş işlər haqqında hesabat məruzə.
2. Müxtəlif sahələr üzrə çıxışlar.
3. Respublika Gənclərinin VI Forumuna nümayəndələrin seçilməsi
4. Bakı şəhər gənclərinin zona toplantısının qətnaməsinin qəbulu.5. Bakı şəhər gənclərinə toplantı iştirakçıları adından müraciətin qəbul olunması.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB