Avstriya prezidenti Azərbaycana gəlir

Avstriya prezidenti Azərbaycana gəlir

Avstriya Federal prezidenti Haynts Fişer oktyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək. SİA-nın xəbərinə görə, səfər zamanı Avstriya prezidenti Bakıda Avropa İttifaqının qonşu ölkələrlə iqtisadi, mədəni, enerji, regional inkişaf, əməkdaşlıq mövzularında müzakirələr aparacaq.

Avstriya prezidentini səfərdə iqtisadiyyat və sosial məsələlər üzrə nazirləri müşaiyət edəcəklər. Bundan başqa səfər çərçivəsində Azərbaycan-Avstriya biznes forumu keçiriləcək.

Səfər zamanı H.Fişerin Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri planlaşdırılır.

Azərbaycandan sonra Avstriya prezidenti Türkmənistana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə