"Avropa Birliyi qonşu ölkələrlə öz əlaqələrini qüvvətləndirməyə can atarkən, Ədliyyə və Daxili İşlər sahəsində məsələlər İttifaq və Şərq Tərəfdaşları arasındakı dialoqda və əməkdaşlıqda daha mühüm əhəmiyyət kəsb etməkdədir".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, bu fikirlər Daxili İşlər üzrə Avropa Komissarı Cecilia Malmström və Avropa Birliyinin Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Štefan Fülenin birgə məqaləsində öz əksini tapıb.
Məqalədə bildirilir ki, Avropa İttifaqının bir neçə dəfə uğurla genişlənməsi Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Belarusu Avropa İttifaqına daha da yaxınlaşdırıb: "Yeni geosiyasi vəziyyətini nəzərə alaraq genişlənmiş AB və onun qonşuları arasında yeni bölüşdürücü xətlərin inkişaf etməsinə yol verməmək üçün AB liderləri regionda rifah, sabitlik və təhlükəsizliyi təşviq etməyə ehtiyacın olduğunu görüblər. Bunu nəzərdə tutaraq AB 2009-cu ilin dekabr ayından iddialı Şərq Tərəfdaşlığını inkişaf etdirib ki, bu da Avropa Qonşuluq Siyasətinin bir hissəsini təşkil edir.
Şərq Tərəfdaşları ilə əlaqələrimizdə insanlar arasında əlaqə, fundamental hüquqlar, qanunun aliliyinin təşviq edilməsi regionda sülhün və sabitliyin qorunmasında mühüm ilkin şərt olduğunu sübut edib, cəlb olunmuş bütün ölkələrin, o cümlədən fərdlərin və şirkətlərin iqtisadi, mədəni və sosial inkişafına faydalı təsir göstərib. Bu, Şərq Tərəfdaşlığının istiqamətləndirici prinsipi olub.
Avropa Birliyi daha böyük siyasi birliyi və davamlı iqtsadi inteqrasiyanı dəstəkləməyə kömək etmək üçün öz qonşularına ümumi dəyərlərə (demokratiya və insan hüquqları, qanunun aliliyi, yaxşı idarəçilik, bazar iqtisaidyyatı prinsipləri və davamlı inkişaf) əsaslanan imtiyazlı əlaqələr təklif edir. Bu əlaqələr istiqamətində göstərilən cəhdlər bu dəyərlərin nə dərəcədə bölüşdüyündən asılıdır. Biz buna \"çoxa çox\" deyirik – bizim iştirakımız tam şəkildə diqqətlə təyin edilmiş meyarlar əsasında maraqlı ölkələrin əldə etdikləri qiymətləndirilən tərəqqidən asılıdır".
Məqalədə qeyd olunur ki, viza siyasəti, sığınacaq, sərhəd idarəçiliyi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və ya ədliyyə sistemində islahatlar kimi sahələrdə aparılan əməkdaşlıq həm bu ölkələrdə, həm də Avropa Birliyində vətəndaşlar və şirkətlər üçün təhlükəsizliyin və sabitliyin artmasına çox töhfə verib: "Avropa Komissiyası bu tərəqqiyə əsaslanaraq, Şərq tərəfdaşlarımızla apardığı siyasi və əməliyyat səviyyəsindəki əməkdaşlığı daha da genişləndirmək və qüvvətləndirmək istərdi. 26 sentyabr tarixində qəbul edilmiş son müraciətimizdə əməkdaşlıq üçün mövcud çərçivəni müasirləşdirmək və qüvvətləndirmək üçün plan işləmişik. Buna necə nail olacağıq? İlk olaraq, bir sıra ikitərəfli və çoxtərəfli forumlar mövcuddur ki, onlar bəzən çox həssas olan məsələlərdə belə açıq və səmimi fikir mübadiləsi aparmağa imkan verir. Ədliyyə və Daxili İşlər sahəsindəki məsələlərin həm siyasi, həm də ekspertlər səviyyəsində düzgün ünvanlanmasını təmin etməliyik. Onların gündəlikdəki yeri daha mühüm olmalıdır. Bu baxımdan nazirlər səviyyəsində müntəzəm görüşlərin keçirilməsi ilə ümumi istiqamətləndirmə daha yaxşılaşa bilər.
İkincisi, qanunvericiliyin qəbul edilməsi və icrası, birgə fəaliyyətin aparılması ilə Ədliyyə və Daxili İşlər sahəsində böyük sayda məsələlərdə daha çox tərəqqi əldə etməyə çalışmalıyıq. İstər ədliyyə və fundamental hüquqlar, miqrasiya, mobillik və sığınacaq, inteqrə edilmiş sərhəd idarəçiliyi, istərsə də ictimai iaşə və təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığımızı qüvvətləndirmək üçün geniş imkanlar vardır. Vətəndaşların mobilliyinin artırılması Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biridir, ölkədə əldə edilmiş tərəqqidən və miqrasiya ilə bağlı vəziyyətdən asılı olaraq Mobillik sahəsində Tərəfdaşlığın imzalanması imkanı Şərq Tərəfdaşlığına daxil olan bütün ölkələr üçün açıq olmalıdır. Mobillik sahəsində Tərəfdaşlıqlar mobilliyin artması və miqrasiya idarəçiliyinin yaxşılaşması üçün çox mühüm alətlərdir, biz xüsusilə tələbələrin, professor-müəllim heyətinin və tədqiqatçıların qanuni miqrasiyasını və AB çərçivəsində mobilliyini dəstəkləməyə çağırırıq. İnsanlar arasında əlaqələrin dəstəklənməsi həm də ilk addım olaraq viza rejiminin yüngülləşdirilməsi və readmissiya sazişlərindən başlayaraq viza sahəsində əməkdaşlıqla nəticələnir. Yaxşı idarə olunan və təhlükəsiz mobilliyin şərtlərinə əməl edilərsə, vizadan azad rejimlərin qurulması üçün AB ayrı-ayrı tərəfdaş ölkələrlə tədrici addımlar atacaqdır.
Üçüncüsü, bizim əlaqələr dörd əsas prinsip üzərində qurulmalıdır: fərqləndirmə, şərtlərlə əsaslandırma, siyasi ardıcıllıq və regional əməkdaşlıq. Bununla hər ölkəyə dair \"çoxa çox\" metodundan hər tərəfdaş ölkənin əldə etdiyi tərəqqi əsasında istifadə ediləcəkdir".
Məqalə müəllifləri bildirir ki, Şərq Tərəfdaşları arasında regional əməkdaşlığın təşviq edilməsi trans-sərhəd çağırışların müvəffəqiyyətlə ünvanlanması baxımından vacibdir: "Komissiya xüsusilə də xalqlar arasında əlaqələrin artırılması baxımından vətəndaş cəmiyyətinin daha güclü iştirakını təşviq etmək istərdi.
Ümid edirik ki, sentyabrın 29-30-da Varşavada Şərq Tərəfdaşlığı Sammitində bu ideyalar nəzərə alınacaq, hər birimizin mənfəəti üçün Ədliyyə və Daxili İşlər sahəsində AB və Şərq Tərəfdaşları arasında əməkdaşlıq üçün yeni stimul verəcək. Mobilliyi artırmalıyıqsa, eyni zamanda sərhədlərə hörmət etməyən çağırışları və təhlükələri ünvanlamalıyıqsa, o zaman Şərq Tərəfdaşlığı çərçivəsində etimada və hörmətə əsaslanan əməkdaşlığın davamlı olması mühümdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB