Bələdiyyə seçkilərinin vaxtı dəqiqləşib

Bələdiyyə seçkilərinin vaxtı dəqiqləşib

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi məsələsinə baxılıb. İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda 23 dekabr 2009-cu ildə 1718 bələdiyyə üzrə seçkilər keçirilib: "1709 bələdiyyə formalaşdırılıb. 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız hesab edilib. Həmin vaxtdan indiyədək 1 bələdiyyədə üzvlərin sayı kvormdan aşağı düşüb". Ümumilikdə 330 bələdiyyə üzrə 464 yerə bələdiyyə seçkisi keçiriləcək. Daha sonra bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi barədə qərar qəbul olunub. Qərara əsasən, seçkilər 30 noyabr 2011-ci ildə keçiriləcək.İclasda "Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvimlər Planı" təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə