ATƏT Parlament Assambleyasının iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
ATƏT Parlament Assambleyasının oktyabrın 7-dən 9-dək keçiriləcək payız sessiyasının gündəliyi artıq dəqiqləşib.Gündəliyə Dağlıq Qarabağ həll olunmamış münaqişələr gündəliyə salınıb".
SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək: "Onlar çıxış edəcək və münaqişənin yaranma tarixi, hazırkı vəziyyəti barədə məlumat verəcəklər. Dağlıq Qarabağ münaqişəsi ətrafında 3 saatlıq debat nəzərdə tutulub. Bizi çox vacib müzakirələr gözləyir və Azərbaycan nümayəndə heyəti buna çox ciddi hazırlaşır. Ona görə ki, bu müzakirələrin keçirilməsi ATƏT PA-nın yüzlərlə üzvünün Dağlıq Qarabağ problemi haqqında tam obyektiv alması ilə nəticələnəcək. Biz bunu çox əhəmiyyətli hesab edirik".
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB