Səlim Müslüsov: «Bölgələrdə sosial sığorta haqqlarının 100 faizə çatdırılması başlıca məsələdir»

Səlim Müslüsov: «Bölgələrdə sosial sığorta haqqlarının 100 faizə çatdırılması başlıca məsələdir»

"Bölgələrdə sosial sığorta haqqlarının 100 faizə çatdırılması başlıca məsələdir". SİA-nın bölgə müxbirinin veridiyi məlumata əsasən bu fikirləri Gəncəyə səfəri çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, yerlərdə bu səpkidə vəziyyət elə də ürək açan deyil.

"Bu gün təqaütlərin artırılması yönümündə əlavə tədbirlər görülür. Ancaq pensiyalarrın artımını təşkil etmək üçün ölkədə yaşayan şəxslərin sosial sığorta haqlarının ödənilməsi başlıca şərtdir. Rəsmi araşdırmalar göstərir ki, Gəncə şəhəri başda olmaqla digər rayonlarda da bu istiqamətlə vəziyyət elə də ürək açan deyil. Sosial sığorta haqlarının yığılmasından vətəndaşların gələcək pensiyaları asılıdır. Odur ki, mən yerlərdəki qurumların rəhbərlərinə tapşırıqldarımı verirəm", - deyə S.Müslümov əlavə edib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə