İran parlamentinin spikeri Əli Laricani Oqtay Əsədovu İrana dəvət edib
İran parlamentinin spikeri Əli Laricani Tehranda keçiriləcək V \"Fələstin xalqına dəstək\" beynəlxalq konfransında iştirak etmək üçün azərbaycanlı həmkarı Oqtay Əsədovu İrana dəvət edib. SİA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmməd Əli Şəmsipur İRNA agentliyi ilə müsahibəsində bildirib: "Laricani həmçininQafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəni də bu konfransda iştirak etmək üçün Tehrana dəvət edib" - deyə o, əlavə edib.
Şəmsipur vurğulayıb ki, hazırkı şəraitdə Fələstin xalqına qarşı İsrail tərəfindən törədilən cinayətlər nəzərə alındıqda, bu konfransın Tehranda keçirilməsi çox əhəmiyyətlidir.
Oktyabrın 1-2-də keçiriləcək bu konfransda dünyanın müxtəlif dövlətlərinin rəsmilərinin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB