Xələf Xələfov Argentina parlamentinin nümayəndə heyətini qəbul edib
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov sentyabrın 26-da Argentina parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, X. Xələfov Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına əngəl törədən başlıca faktor olduğunu, müasir dövrdə bir ölkənin digər ölkəyə qarşı zor işlətməklə işğalçılıq və etnik təmizləmə siyasəti aparmasının dünya ictimaiyyəti tərəfindən qəbul edilmədiyini və işğalın nəticələrinin tanınmadığını bildirib. Argentina nümayəndə heyətinin üzvləri Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyərək Azərbaycanla həmrəy olduqlarını və ölkə haqqında həqiqətlərin Argentina cəmiyyətinə çatdırılacağını vurğulayıblar. Onlar münaqişənin tezliklə ədalətli həllini tapacağına ümidvar olduqlarını söyləyiblər. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların və potensialın mövcud olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB