Bu gün Səbail rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib.
SİA-nın məlumatına görə, məhkəmə prosesində Müsavat Partiyasının sədri İsa Qəmbər şahid qismində ifadə verib. O, İctimai Palatanın 2010-cu il parlament seçkilərindən sonra yarandığını bildirib və deyib ki, mitinqlə bağlı məsuliyyəti öz üzərinə götürür.
Daha sonra prosesdə AXCP sədri Əli Kərimli şahid qismində ifadə verib. Ə. Kərimli aksiyalar zamanı iştirakçılardan heç kimin zorakılığa, qanun pozuntusuna yol vermədiyini iddia edib. Hazırda proses digər şahid ifadələri ilə davam etdirilir.
Xatırladaq ki, aprelin 4-də Səbail rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb.
Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB