Moldova parlamentində sentyabrın 12-si Liviyanın Benqazi şəhərindən Kişinyova gələn və buradan silah dolu yüklə naməlum istiqamətdə uçan Liviya təyyarəsi ilə bağlı qapalı dinləmələr baş tutub. Ölkənin müdafiə naziri Vitali Marinutsa etiraf edib ki, Moldova arsenalından "döyüş sursatları, mərmilər və hərbi texnika" Ermənistana satılıb.
SİA-nın "Nezavisimaya qazeta" istinadən verdiyi məlumata görə, Cenevrə Silahlı Qüvvələrə Demokratik Nəzarət Mərkəzinin eksperti Viorel Çibotaru bu faktı təsdiq edib və bu qalmaqallı sövdələşmənin vasitəçisiz ötüşmədiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, texnika vaxtı ötürülmüş müddətlə satılıb və o haradasa 2004-cü ildə hələ prezident Vladimir Varoninin dövründə parlament tərəfindən təsdiq edilən siyahıda qeyd olunub.
Ekspert təsdiq edir ki, adı gizlədilən alıcı Ermənistandır. Çibotarunun sözlərinə görə, müəyyən edilib ki, sözügedən vaxtı ötmüş döyüş sursatları və silahlar məhz bu ölkəyə satılıb. Həmçinin əgər Moldovanın müdafiə naziri Aleksandr Josana inansaq, bunlar vaxtı ötürülmüş "artilleriya və tankəleyhinə sistemlər" olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB