İlham Əliyev Səudiyyə Ərəbistanın Kralını və Vəliəhdini təbrik edib

İlham Əliyev Səudiyyə Ərəbistanın Kralını və Vəliəhdini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanın Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səudu və Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səudu ölkənin milli bayramı münasibətilə təbrik edib.

SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, təbrikdə deyilir: "Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızın mənəvi birliyindən güc alan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə