Cümşüd Nuriyev: "Nikolya Sarkozinin ölkəmizə səfəri Azərbaycan-Fransa arasında olan əlaqələri daha yüksək səviyyədə inkişaf etməsinə səbəb olacaq" - MÜNASİBƏT

Cümşüd Nuriyev: "Nikolya Sarkozinin ölkəmizə səfəri Azərbaycan-Fransa arasında olan əlaqələri daha yüksək səviyyədə inkişaf etməsinə səbəb olacaq" - MÜNASİBƏT

Son vaxtlar Azərbaycan və Fransa dövlətləri arasında münasibətlər çox yüksək səviyyədə inkişaf etməkdədir. Eyni zamanda, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında mühüm rola malikdir. Bu baxımdan, Fransa prezidenti Nikolya Sarkozinin Azərbaycana nəzərdə tutulan səfəri Fransa və Azərbaycan əlaqələrinin inkişafına hansı müsbət nəticələr verəcək?

Politoloq Cümşüd Nuriyev SİA-ya müsahibəsində Fransa prezidentinin Azərbaycana səfəri, iki ölkə arasında münasibətlər, rəsmi Parisin Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe barədə öz fikirlərini bildirib.



- Fransadakı erməni lobbisinin təsiri nəticəsində hakimiyyətin Dağlıq Qarabağ məsələsinə mövqeyində ikili yanaşmalar müşahidə olunur. Fransa prezidentinin ölkəmizə səfəri bu ikili mövqeyi dəyişə bilərmi?


- Erməni lobbisinin təsirinə baxmayaraq Fransa dövləti Azərbycanla əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Azərbaycan və Fransa arasında olan əlaqələr çox yüksək səviyyədidir. Bu əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsinin səbəbkarları həm Prezident İlham Əliyev, həm də Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. Bildiyiniz kimi, Mehriban xanım Əliyeva Fransada çox böyük işlər görüb. Yəni, Azərbaycan mədəniyyətinin təmsil olunmasında və Avropa ölkələrinə çatdırılmasında Mehriban xanım Əliyevanın əvəzsiz xidməti var. Nəzərə alsaq ki, hazırda Azərbaycan-Fransa münasibətlərində çox böyük gəlişmələr mövcuddur, təbii ki, Fransa prezidenti Nikolya Sarkozinin Azərbaycana səfəri mühüm əhəmiyyətə malik olacaq.

Birincisi, Fransa, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında həlledici səsə malik olan dövlətdir.

İkincisi, Fransa ermənilərin dünyada ən böyük və güclü diasporası olan bir ölkədir.

Üçüncüsü, Nikolya Sarkozinin səfəri öncəsi Fransanın "Total" şirkəti Azərbaycan da üçüncü böyük qaz yatağının kəşf olunan Abşeron yatağının həmtəsisçilərindən biridir.

Dördüncüsü, Azərbaycan-Fransa münasibətlərinin indiki vəziyyəti, Azərbaycan vətəndaşları, o cümlədən, xaricdə yaşayan vətəndaşlarımızın viza sisteminin yüngülləşdirilməsi ərəfəsində, yəni ölkəmizlə Fransa arasında danışıqların getdiyi bir zamanda Fransa prezidentinin Azərbaycana səfərə gəlməsi bu məsələyə təkan olacaq. Bütün bu məsələlərin fonunda Nikolya Sarkozinin ölkəmizə səfəri sadaladığım müstəvidə çox önəmlidir. Fransa prezidentinin ölkəmizə səfəri hər iki ölkə arasında olan əlaqələrin daha da yüksək səviyyədə inkişaf etməsinə səbəb olacaq.

Fransanın Dağlıq Qarabağ məsələsinə ikili mövqeyini dəyişmək bir az çətin olacaq. Ona görə ki, məhz Nikolya Sarkozini hakimiyyətə gətirən hakim partiyanın liderlərindən biri Patrik Dəvəlyandır. Bu da dünyada erməni terror təşkilatlarını dəstəkləyən və onlarla əlaqədə olan aparıcı ermənilərdən biridir. Amma burada başqa bir məsələ var ki, hazırda Fransada yaşayan əslən erməni olan Şarla Aznavur artıq kifayət qədər ermənilərin istər soyqırımla, istərsə də Dağlıq Qarabağla bağlı yanlış yöndə hərəkət etdiklərini qeyd etməyə başlayıb. Çünki Şarla Aznavur bu fikrə məxsusdur ki, "dünyada ən iki üzlü xalq ermənilərdir". Bu fikri Şarla Aznavur qeyd edib. Belə bir şəraitdə, Fransa prezidentinin Azərbaycana səfərindən sonra, burada ermənilərin yumuşalacağı inandırıcı görünmür. Çünki 2012-ci ildə Fransada prezident seçkiləri keçiriləcəkdir. Yəni, Nikolya Sarkozi yenidən prezident olmaq istəyir. Faransada 2 milyona qədər erməni əsilli seçici var. Ona görə də, seçkiyə qədər Nikolya Sarkozinin hansısa ciddi bir bəyanat verəcəyi inandırıcı görünmür. Amma Fransada, Azərbaycan əleyhinə təbliğat dayandırıla bilər. Çünki burada Heydər Əliyev Fondunun rolu müstəsnadır. Son vaxtlar Fransada Azərbaycan əliyhinə aparılan təbliğat tamamilə istiqamətin dəyişib. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çox ustalıqla Azərbaycanın mədəniyyəti ilə Fransaya sübut etdi ki, ermənilərin mənimsədiyi milli mədəniyyət nümunələrinin hamısı Azərbaycana məxsusdur. Bir sözlə, ermənilərin mənimsədikləri muğamdan tutmuş mətbəximizə qədər, incəsənətimizdən tutmuş mədəniyyətimizə qədər hər biri ölkəmizə məxsusdur. Bu baxımdan, yenidən Fransanın Azərbaycan əleyhinə hansısa işlər görəcəyi inandırıcı görünmür.


GÜLYANƏ AĞAKƏRİMOVA


Bütün xəbərlər Facebook səhifəmizdə