Azərbaycan Mətbuat Şurası "Mediada dil faktoru" mövzusunda dəyirmi masa keçirir. SİA-nın xəbərinə görə, bu şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan mediasında dil xüsusiyyətləri" layihəsi çərçivəsində sayca ikinci toplantıdır. Layihənin yekunlarına həsr olunan tədbirdə Mərkəzi Şuranın mediada ana dilindən istifadə xüsusiyyətlərinə dair monitorinqinin nəticələri açıqlanıb. Mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılıb, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunub.
Qeyd edək ki, "Azərbaycan mediasında dil xüsusiyyətləri" layihəsi bu ilin mayından icra olunub.
Könül Cəfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB